"Göstərdikləri həmrəyliyə görə Azərbaycan xalqına təşəkkür edirik" - Ukrayna səfiri

21:10 24.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Bu gün Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələr vasitəsilə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır".
Hafta.az-ın yazdığına görə, bu sözləri Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski deyib. Diplomat qeyd edib ki, indiki çətin durumda azərbaycanlılar Ukrayna xalqı ilə həmrəylik içindədir. "Xalqımıza arxa duran hər bir azərbaycanlıya dərin təşəkkürümüzü bildiririk!", - deyib Ukraynanın ölkəmizdəki səfiri V.Kanevski.