KDR-də Ebola virusuna yoluxanların SAYI

14:48 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı mini ötüb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi sosial şəbəkə hesabında açıqlama yayıb.

Ən son göstəricilərə görə, 1003 yoluxma halı rəsmən təsdiqlənib. Ölənlərin sayı 254-ə çatıb, 100 nəfər isə tam sağalıb. Daha 365 pasiyent xəstəxanalara yerləşdirilib və ya təcrid vəziyyətindədir.

Bu göstəricilər üzrə sözügedən virusun ölüm səviyyəsi 25.3% təşkil edir.

Qeyd edək ki, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) KDR və Uqandada Ebola epidemiyası ilə bağlı vəziyyəti digər dövlətlər üçün təhlükəli və fövqəladə hal kimi tanıyıb. Virusun regionda yayılma riski yüksək olaraq qiymətləndirilir.