"Hər an başlayacaq yeni müharibə Ermənistan üçün dağıdıcı olacaq" - İRƏVAN QORXU İÇİNDƏ

18:19 28.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan yeni müharibənin astanasındadır və bu müharibə 2020-ci ilin 44 günlük müharibəsinin miqyasından fərqli olacaq, arxa cəbhədə baş verəcək.

Hafta.az bildirir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan deyib.

Onun sözlərinə görə, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana hücumu Bakının hansı hərbi əməliyyatlar aparmağı planlaşdırdığını təxminən nümayiş etdirdi. Ovannisyan qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin son əməliyyatları zamanı hərəkətləri arxa cəbhədə yerləşdirilən hava hücumundan müdafiə sistemlərinin aşkarlanmasına yönəlib".

Eyni zamanda, o əlavə edib ki, ən son silahları nəzərə alsaq, Ermənistanın heç bir ərazisi, hətta Azərbaycanla birbaşa sərhədləri belə Azərbaycan Silahlı Qüvvələrinin hədəfinə çevrilə biləcək şeylərdən immun deyil:

“Əlbəttə ki, Azərbaycanın Ermənistanın bütün guşələrinə zərbələr endirəcək silahları var. Bu sahədə mövcud olan boşluq doldurulmalıdır və bunu çox tez etmək lazımdır”, - Hovhannisyan bildirib.
Onun sözlərinə görə, bir çox yollar və mövqelər birbaşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub.

Oxunma sayı 3521
Gündəm rubrikasından digər xəbərlər