Sertifikatlaşdırmanın ilk gününün nəticələri

16:14 17.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Bu barədə hafta.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb. Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.

Qeyd olunub ki, proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər. Müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.