Yazını böyüt
Yazını kiçilt
Bu ilin yanvar-may aylarında Azərbaycanın emal sənayesində 8 milyard 999,9 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Hafta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalında (2,8 dəfə), toxuculuq sənayesində (+32,2%), maşın və avadanlıqların quraşdırılması və təmiri işlərində (+27,9%), tütün məmulatlarının istehsalında (+20,6%), elektrik avadanlıqları istehsalında (+18,4%), əczaçılıq məhsullarının istehsalında (+14,6%), kağız və karton istehsalında (+13,5%), qida məhsullarının istehsalında (+10,7%) olub.