Prezidentimiz İlham Heydər oğlu Əliyev öz fəaliyyəti ilə geniş siyasi potensila malik olduğunu göstərdi. O, ulu öndər Heydər Əliyev kimi bir atanın övladıdır. Ulu öndərin yolu ilə gedən bir insan, əlbəttə, dərin biliyə, güclü xarizmaya malik olmalı idi.
Bu fikirləri hafta.az-a xalq artistləri Fidan və Xuraman Qasımovalar deyib:
Prezidentimiz bizim fəxrimizdir. İnanırıq ki, İlham Əliyev “Qarabağ Azərbaycandır!” deyibsə, belə də olacaq. Həqiqət öz yerini tapacaq. İndi azad olunan ərazilərimizdə yollar salınır, evlər tikilir, yeni infrastruktur yaradılır. Qarabağ çiçəklənir. Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtıdır. İnşAllah, illər keçəcək, biz ora rahat şəkildə gedəcəyik. İndi hələ ki, yollar narahatdır, düşmən torpağa basdırdığı mina xəritələrini verməyib. Biz istərdik, Prezidentimizə cansağlığı arzu edək, Allah ona uzun ömür versin. Öz liderimizi dəstəkləyirik, ona inanırıq. O, atası kimi uzaqgörən və nəyi, nə zaman edəcəyini bilən siyasətçidir”.