"Kazmedia"nın Nur-Sultan şəhərindəki binasında Azərbaycanın bayrağı əks olunub

20:46 17.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycana dəstək olaraq Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Kazmedia binasında Azərbaycanın dövlət bayrağı əks olunub.

Hafta.az-ın yazdığına görə, Ermənistan ordusunun Gəncə şəhərini gecə saatlarında raket atəşinə tutaraq çox sayda günahsız mülki insanları qətlə yetirməsindən sonra bayrağımızın rəngləri ilə Nur-Sultan şəhərinin işıqlandırması, qazax xalqının və Qazaxıstan dövlətinin Ermənistanla müharibə şəraitində Azərbaycana verdiyi dəstəyin bariz nümunəsidir.

Yeri gəlmişkən, oktyabrın 17-də Ermənistan ərazisindən Gəncəyə edilən raket hücumu nəticəsində bu qədim şəhərin 13 sakini həlak olub, 48 nəfər isə yaralanıb.