Bu qanunla onlar tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər - Deputat

14:26 03.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Tarixi zəfərimizdən sonra indi də Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış prosesinin şahidiyik. Hazırda bu qayıdış prosesi ilə birbaşa bağlı olan, strateji əhəmiyyətli bir qanun layihəsini müzakirə edirik".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Elman Nəsirov deyib.

Debutat vurğulayıb ki, bütün dünya Azərbaycanın qurucu dövlət olduğunu görür:

"Hazırda geri qayıdan 85 min insanın arasında tələbələr, orada işləyən şəxslər və birbaşa daimi məskunlaşan sakinlər var. Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas özəlliyi mənzillərin vətəndaşlara mülkiyyət hüququ ilə verilməsinin hüquqi baxımdan təsbit edilməsidir. Bu qanunla vətəndaşlarımız artıq tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər. Bu, olduqca vacib məsələdir".

Siyasət rubrikasından digər xəbərlər