"Lada"nın yeni modeli "Vesta Sportline" satışa çıxarıldı

11:30 06.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada "Lada"nın maraqla gözlənilən yeni modeli "Vesta Sportline"ın satışına start verilib. Satış qiyməti 2,17 milyon rubl olaraq açıqlanıb.

Hafta.az-ın yazdığına görə, 1,6 litrlik 118 at gücünə malik mühərrikə malik yeni "Lada" 100 kilometr sürəti cəmi 11 saniyəyə yığır.

Avtomobilin maksimal sürəti saatda 190 kilometrdir.

Mütəxəssislər, "Vesta Sportline"ın "Vesta" və "Vesta Sport" arasında bir modeldir. Bildirilir ki, bu avtomobil üçün 2,17 milyon rubl həcmində qiymət olduqca yüksəkdir. "Vesta Sportline"a çox böyük tələbatın olduğu nildirilir.