Britaniya Rusiya tankerini ələ keçirdi

13:10 14.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniya Silahlı Qüvvələri La-Manş sularında Rusiyanın “kölgə donanması”na məxsus neft tankerini ələ keçirib.

Hafta.az xəbər verir ki, bu barədə Britaniya Baş naziri Keyr Starmer X hesabında yazıb.

"Bu gün səhər tezdən mən Silahlı Qüvvələrimizə La-Manşdan keçməyə cəhd edən “kölgə donanması”nın neft tankerini ələ keçirmək əmri verdim. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbəni vurur və Ukraynadakı müharibəni qidalandıranlara gizlənmələrinə imkan verməyəcəyimizi xatırladır", - Starmer bildirib.

Baş nazir ölkənin təhlükəsizliyini təmin edən hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.