Yazını böyüt
Yazını kiçilt
Ağdam rayonunda mağazada yanğın baş verib.
Hafta.az xəbər verir ki, hadisə iyunun 14-də səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, ildırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və nəticədə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.