"Moody's Investors Service" ("Moody's") şirkəti SOCAR-ın (şirkətin tabeliyində olan müəssisələr) korporativ, defolt və üstün hüquqa malik təminatsız notlar üzrə reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib.
Hafta.az-ın agentliyə istinadən verdiyi məlumata görə, dövlət neft şirkətinin baza kredit ödəmə qabiliyyəti reytinqi isə "b1" səviyyəsində təsdiqlənib. Şirkət həmçinin SOCAR-ın reytinqləri üzrə proqnozunu "stabil"dən "müsbət"ə yüksəldib. "Moody's" bildirir ki, bu yaxşılaşdırma Azərbaycanın reytinqləri üzrə proqnozunu artırılmasından irəli gəlir. Reytinqlərin sözügedən səviyyədə təsdiqlənməsi isə SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələrini, habelə Azərbaycanın iş və makroiqtisadi mühitinin təsirini əks etdirir. Agentliyə görə, ölkənin monetar və makro siyasət çərçivəsindəki irəliləyişi SOCAR-ın əməliyyat və makroiqtisadi mühitini tədricən yaxşılaşdıraraq şirkətin kredit profilini dəstəkləyəcək.