"Qəhrəman kimi döyüşmək ermənilərə yaddır, namərdlik, xainlik ermənilərin genindədir".
Hafta.az yazır ki, bu sözü Türkiyə Böyük Millət Məclisində Azərbaycanla Dostluq Qrupunun üzvü, AKP-nin Ərzurumdan seçilmiş millət vəkili İbrahim Aydəmir, Ermənistanın Gəncə və Mingəçevir şəhərlərinə raket atmasına münasibət bildirərkən deyib.
"Ermənilər keçmişdə olduğu kimi bu gün də mülki insanlara qarşı qətliam siyasəti yürütməkdədir. Ermənilər, Azərbaycanın müharibə meydanında qəhrəmancasına, mərd-mərdanə döyüşən igid oğulları kimi mübarizə apara bilmirlər. Bunlar xaincəsinə hücumlar etməklə, gizlənməklə və Gəncənin mülki insanlarına etdikləri kimi, günahsız insanların qanını tökməklə özlərini qürurlandırırlar. Xainlik bunların genlərindədir", - deyib İ.Aydəmir.
Mİllət vəkili bildirib ki, igid azərbaycan əsgəri Allahın izni ilə alçaq erməniləri zərərsizləşdirəcək. Cəbhədən gələn xəbərlərin də buna zəmin hazırladığını deyən İ.Aydəmir əlavə edib ki, Qarabağ çox yaxınlarda əsl sahibi olan azərbaycanlılara qayıdacaq.