"Patruşev artıq bildirib ki, Putin sayıqlayır...” - Məşhur Amerika jurnalı

20:44 15.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kremlin hakimiyyətinin ötürülməsinin sülh yolu ilə baş tuta bilməyəcəyi barədə məlumatlar var, çünki ara qızışır...

Kreml Rusiya Federasiyasının prezidenti postunda Vladimir Putini əvəz edəcək namizədlər arasında seçim qarşısındadır.

Hafta.az xəbər verir ki,  ABŞ-ın məşhur “Newsweek” jurnalı bu barədə Ağ Evdəki adı açıqlanmayan mənbələrə və rusiyalı jurnalistlərin araşdırmasına istinadla yazır.

Materialda Kreml diktatorunun ötən ilin martında xərçəng xəstəliyindən ciddi şəkildə müalicə olunduğu bildirilir. “Bu səbəbdən onun əvəzinə oxşarı xarici ölkələrə səfər edib”, -jurnalistlər belə yazır.

Putinin səhhətinə görə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılacağı təqdirdə Kreml dublyordan istifadə etməyə hazırdır. Xüsusən də əsl Putinin yerinə Qırğızıstana dublyor səfər edib və eyni şəkildə Çinə də gedəcək.

Jurnalistlər məlumat alıblar ki, Si Tszinpin əsl prezident Putinlə deyil, onun oxşarıyla görüşəcəyini bilir. Bununla belə, Çin lideri Rusiya liderinin dublyorunun necə bir insan olduğunu bilmək istəyir.

KİV-in məlumatına görə, Putin Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə yaxın olsalar belə, onun vəzifədə onu əvəz edə biləcəyinə inanmır. Bu səbəbdən hakimiyyətin ötürülməsinin sülh yolu ilə baş tutmayacağı ilə bağlı fikirlər səslənir.

"Patruşev artıq bildirib ki, Putin sayıqlayır və prezidentin iradəsinə məhəl qoymamaq üçün açıq-aşkar göstəriş verib. Mişustini varis kimi təklif edən Putin bu gün dövlətdə birinci, heç  ikincisi şəxs də olmayan Nikolay Patruşev haqqında bir söz deməyib. Ara qızışır və ola bilər ki, böyük tranzit sistemdəki əsas aktorların gözlədiyindən tamamilə fərqli şəkildə gedəcək”, - analitiklər əlavə ediblər.