İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

13:23 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə dünya çempionatında bu gün növbəti matçlar baş tutacaq.

Hafta.az xəbər verir ki, yarışın beşinci oyun günündə dörd qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə İspaniya millisi Kabo-Verde yığması ilə üz-üzə gələcək. Daha sonra Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək.

Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya yığmasını sınağa çəkəcək.

Dünya çempionatı

15 iyun

20:00. İspaniya – Kabo-Verde

23:00. Belçika – Misir

16 iyun

02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

05:00. İran - Yeni Zelandiya