"Qarabağ" xal itirdi, "Zirə"dən qələbə

21:18 25.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. 

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilir.

Əvvəlcə "Keşlə" evdə "Qarabağ"ı qəbul edib.Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

Digər görüşdə "Zirə" "Səbail"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

5-ci tur

25 sentyabr (şənbə)

“Səbail” – “Zirə” - 1:2
Qollar: Volkov, 16 (0:1), 40 (0:2), Qoxa, 45 (1:2)
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
“ASCO Arena”

“Keşlə” – “Qarabağ” - 1:1
Qollar: Zubir, 20 (0:1), Neto, 71 (1:1)
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
“ASK Arena”

26 sentyabr (bazar)

17:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”

Oxunma sayı 34