"Qəbələ" yenidən lider oldu, "Neftçi" qalib gəldi

22:07 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Hafta.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib. 

Əvvəlcə autsayder "Sabah" "Neftçi"ni qəbul edib. Oyunda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.

Digər görüşdə isə "Qəbələ" "Sumqayıt"ın qonağı olub. Bu matçda qapılara qol vurulmayıb. Xallarını 11-ə çatdıran "Qəbələ" yenidən turnir cədvəlində ilk pilləyə yüksəlib. 

26 sentyabr

Azərbaycan Premyer Liqası

5-ci tur

“Sumqayıt” – “Qəbələ” - 0:0
Hakimlə
r: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”

“Sabah” – “Neftçi” - 1:2 

Qollar: Ramon Maçado, 20 (0:1), Mamadu Kane, 78 (0:2), Aleksey İsayev, 81 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

Oxunma sayı 30