"Qərb ölkələri çaxnaşma yaratmamalıdır” - Çavuşoğlu

20:58 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarla çaxnaşma yaratmamalıdır”.

Hafta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxilə etməyə cəhd etməsi düzgün olmaz.

"Əgər belə bir vəziyyət olmayacaqsa, qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar", - deyə Çavuşoğlu bildirib.