23 iyun – Dövlət qulluqçularının peşə bayramı günüdür

13:56 23.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində videokonfrans keçirilib. Videokonfransda Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edib.

Hafta.az-ın yazdığına görə, videokonfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edərək vurğulayıb ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılıb. Dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açan natiq qeyd edib ki, bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar. S.Mikayılov qeyd edib ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevinin daim diqqətindədir.

Tədbirin sonunda dövlət qulluğunda çalışan və bu şərəfli işdə əməyi olan hər bir dövlət qulluqçusuna cansağlığı və peşə uğurları arzulamış və dövlət qulluğu sahəsində əməkdə fərqlənən dövlət qulluqçularının Fəxri Fərmanla təltif olunması barədə sərəncam səsləndirilib.