263 min dollarlıq mal alıb, 24 milyon dollar silən korrupsionerin həbs qərarı ləğv edildi

09:15 11.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva məhkəməsi Ukraynadakı müharibədə iştirakını əsas götürərək Türkiyədən şişirdilmiş əskinaslarla tikinti materialları alan və qeyri-qanuni olaraq xaricə 24 milyon dollar köçürən iş adamının qiyabi həbs orderini ləğv edib.

Hafta.az-ın yazdığına görə, Aleksandr Daqutsa İnterpolun qırmızı bülleteni ilə uzun müddət axtarıldı və qiyabi məhkəmə prosesi davam edərkən onun cəbhəyə getdiyi bildirildi. İttihama görə, 10 ilədək həbs cəzası alan Daqutsa Moskvada qurduğu şirkət vasitəsilə Türkiyədəki bir şirkətə tikinti materialları partiyası üçün 24 milyon dollar köçürüb, ancaq onun yalnız 263 min dolları satıcıya çatıb.

Daqutsanın vəkili bildirib ki, müdafiə etdiyi şəxs könüllü olaraq müharibəyə gedib. Orduya və “Vaqner” qrupuna qoşulmaq üçün müraciəti rədd edilən Daqustanın sonradan Novorossiyskdəki hərbi xidmət şöbəsi vasitəsilə müqaviləli əsgər kimi xidmətə götürüldüyü, bəzi döyüşlərdə iştirak etdiyi və medal aldığı iddia edilib və bu haqda komandirindən məhkəməyə arayış məktubu da daxil olub.

Vəkili vasitəsilə “qələbəyə qədər müharibədə iştirak edəcəyini” deyən şəxsin hərbi xidmətini başa vurana qədər qiyabi həbs qərarı dayandırılacaq.