Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

12:46 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin doqquzuncu çağırış RF Federal Məclisi Dövlət Dumasına seçkilərin 2026-cı il sentyabrın 20-nə təyin edilməsi haqqında fərman imzalayıb.

Hafta.az xəbər verir ki, müvafiq sənəd Rusiyanın rəsmi hüquq informasiyası portalında dərc olunub.

Sənəddə deyilir:

“Yeni çağırış RF Federal Məclisi Dövlət Dumasına deputatların seçkiləri 2026-cı il sentyabrın 20-nə təyin edilsin. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir”.

Seçkilər zamanı Dövlət Dumasına 450 deputat seçiləcək. Hazırkı seçki sisteminə uyğun olaraq, 225 deputat birmandatlı dairələr üzrə, daha 225 qanunverici isə partiya siyahılarına əsasən seçiləcək.