Flora Kərimovanı sevənlərə ŞAD XƏBƏR

11:23 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər.

Hafta.az Report-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin köməkçisi Yaqut İmanova məlumat yayıb.

Onun sözlərinə görə, müalicə davam etdirilir: "Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilər, 3 günə evə buraxılsın. Bu, həkimlərin qərarından asılıdır". 

Bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Mədəniyyət rubrikasından digər xəbərlər