"Tomahawk" raketinin analoqu sınaqdan keçirildi

09:55 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanda uzaqmənzilli, yüksəkdəqiqlikli LRLACM qanadlı raketi uğurla sınaqdan keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, yeni raket yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub. Sınaqlar Çandipur raket poliqonunda baş tutub.

LRLACM raketinin səsdən aşağı sürətlə və alçaq hündürlükdə uçuş həyata keçirdiyi məlumdur. Hərbi sahədə Hindistanın bu layihəsi ABŞ-nin "Tomahawk" raketinin analoqu hesab olunur.

Radarlara az görünən bu qanadlı raket quru və hərbi dəniz qüvvələrinin silahlanması üçün nəzərdə tutulub. Onun maksimum mənzili 1 500 km-ə çatır və LRLACM 300 kq-a qədər çəkisi olan nüvə və ya qəlpəli-fuqas döyüş başlığı daşıya bilir.