56 yaşlı kişi kollektorda batıb

22:00 12.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvanda 56 yaşlı şəxs kollektorda batıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.

 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.