72 yaşlı kişi özünü asdı

22:49 14.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda intihar hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Sədiyan kəndində baş verib.

Kənd sakini, 1951-ci il təvəllüdlü Səhrab Fərhad oğlu Nəsirov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

 

Faktla bağlı araşdırma aparılır.