8 sentyabr: ballistik raketlərdən ilk dəfə istifadə olunub

15:35 08.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün İkinci Dünya Müharibəsi illərində tarixdə ilk dəfə ballistik raketlərdən istifadə edildiyi gündür. Adolf Hitlerin başçılıq etdiyi nasist Almaniyası 8 sentyabr 1944-cü ildə Parisi ballistik raketlə vurdu.

Hafta.az-ın yazdığına görə, 1944-cü il avqustun sonunda almanlardan geri alınan Paris şəhəri ballistik raketlə vuruldu. 14 metr uzunluğundakı V-2 raketləri təxminən 900 kiloqram partlayıcı daşıyıb.

Sonrakı günlərdə müttəfiq qüvvələr Almaniya üzərinə irəlilədikcə almanlar da ballistik raketlərlə Fransa, İngiltərə və Belçika kimi ölkələri hədəf aldılar. Almanların ümumilikdə 1300-dən çox ballistik raket hücumunun həyata keçirildiyi bildirilir. Bu hücumlarda minlərlə insan həyatını itirib.

Müharibənin ən mühüm silahlarından olan bu raketlər sonrakı illərdə ABŞ və Sovet İttifaqı başda olmaqla müxtəlif ölkələrin raket proqramlarına öncülük edib. Xüsusilə, ABŞ çox sayda nasist alimi öz ölkəsinə apararaq bu raketlərin texnologiyasını öyrənib.

V-2 raketi həm də kosmosun tədqiqi üçün əsas yaradıb, xüsusilə ABŞ-ın kosmik proqramının ilk addımı olub.