“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı

17:46 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Gömrük Komitəsinin "Astara" postunda İrandan Rusiyaya tranzit qaydada "təzə gül kələmi" daşıyan yük avtomobildə narkotik aşkarlanıb.

Hafta.az xəbər verir ki, narkotik yükün içərisindəki paletlərdən birində yerləşən 160 bağlamada gizlədilibmiş.

Ümumi xalis çəkisi 90 kiloqram 945 qram olan qurudulmuş marixuana müəyyən edilib.