İki boksçumuz Avropa çempionatında növbət mərhələ çıxıb

14:13 21.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.

Hafta.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu mərhələ adlayıb.

Amin Məmmədzadə (54 kiloqram) 1/8 finalda Psarras Aristotelislə (Yunanıstan) qarşılaşıb. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundda qalib gələn Məmmədzadə rəqibini 5:0 (30:25, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə məğlub edib. O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.

Yarışda 92 kiloqramda mübarizə aparan Alfonso Dominqes də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-də olacaq.

Qeyd edək ki, boksçularımızdan daha əvvəl Malik Həsənov (63,5 kiloqram) mərhələ adlayıb.

Oxunma sayı 128