“Bu gün bizim ən azı 60 faiz səsimiz var, ona görə də ölkəmizin bədxahları bu seçkilərdə uğur qazana bilməyəcəklər”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, sanksiyaların tətbiqi seçki prosesinə kənardan müdaxilədir.
“Kimsə ümid edir ki, sanksiyalarla müxalifətin faizləri artacaq, “Gürcü Arzusu”nun faizi azalacaq. Bu, əslində maraqdır. Belə marağı olan müəyyən qüvvələr var. Bunlar o qüvvələrdir ki, 2022-ci ildə və xüsusən ondan sonra Gürcüstanda müharibəyə başlamağa cəhd ediblər, baxmayaraq ki, son nəticədə bütün bu cəhdlər uğursuzluğa məhkumdur. Nəhayət, seçkilər gürcü cəmiyyətinin, gürcü xalqının maraqlarına uyğun olduğu kimi başa çatacaq – “Gürcü Arzusu” çox qətiyyətlə qalib gələcək. Biz 60 faizdən çox səs almaq istəyirik və bu artıq realdır. Belə qüvvələr, ölkəmizin bədxahları bu seçkilərdə uğur qazana bilməyəcəklər”, – deyə baş nazir bildirib.