Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda ilk dəfə olaraq təbii fəlakətlərlə bağlı risk modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılması nəzərdə tutulur.
Hafta.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun icraçı direktorunun müavini Seymur Mirzəyev 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) deyib:
"Eyni zamanda, hazırda bir sıra digər innovativ layihələr də icra mərhələsindədir. Onların sırasında "Open Insure Data" və "Insure Bus Gateway" layihələri xüsusi yer tutur. Həmin təşəbbüslər məlumatların daha səmərəli istifadəsinə, analitik əsaslı qərarvermənin gücləndirilməsinə və sığorta şirkətlərinin əməliyyat proseslərinin daha effektiv təşkilinə yönəlib".