İran bu gün də Səudiyyə Ərəbistanı ərazisinə hava hücümu edib

11:50 31.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri bu gwn səhər saatlarında İrandan buraxılan bir ballistik raketi və 10 dronu ələ keçirərək məhv ediblər.

Hafta.az yazır ki, müdafiə nazirliyinin sözçüsü general-mayor Turki əl-Malki məhv edilən raketin Şərq əyalətinə doğru uçduğunu bildirib.

O, əlavə edib ki, ümumiyyətlə, son bir neçə saat ərzində 10 dron ələ keçirilərək məhv edilib.

Məlumatda o da qeyd edilib ki, vurulan dronların qalıqları Əl-Xərcdəki yaşayış məntəqələrinə düşüb. Hadisə zamanı qəlpələr üç evə və bir neçə nəqliyyat vasitəsinə dəyib, iki nəfər yüngül xəsarət alıb. Yaralılardan biri müalicə aldıqdan sonra evə buraxılıb. Məhdud maddi ziyan qeydə alınıb.

Başqa bir hadisə zamanı isə, məhv edilmiş dronların qalıqları Əl-Xərcdəki yaşayış məhəlləsində yerlşən altı evin üzərinə düşüb. Sakinlər arasında xəsarət alan olmasa da, tikililərə maddi ziyan dəyib.