İranda atom elektrik stansiyasının olduğu şəhərdə partlayış olub

23:30 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda atom elektrik stansiyasının olduğu Nətənz şəhərində partlayış səsləri eşidilib.

Hafta.az xəbər verir ki, bu barədə İran Tələbələr Xəbər agentliyi məlumat yayıb.

Partlayışla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Fars xəbər agentliyi PUA-nın məhv edildiyini, İranın Milli Təhlükəsizlik Ali Şurasına bağlı "Nournews" isə mümkün hücuma qarşı raket sınağı həyata keçirildiyini bildirib.

İrandakı digər yerli mənbələrin məlumatına görə, atılan raketlər havadakı 2 naməlum obyekti məhv edib.

Oxunma sayı 39