Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və kökə" metoduna müraciət edir.
Hafta.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens danışıb:
"Son bir neçə həftə ərzində iranlılar gəmilərə hücum etməyiblər. Hörmüz boğazından neftin təhlükəsiz keçməsi qismən ABŞ prezidentinin gəmilərə hücum ediləcəyi təqdirdə cavab zərbəsi endirəcəyimizi açıq şəkildə bildirməsi ilə əlaqədardır. Bəzən belə məsələlərdə həm mükafatlandırıcı, həm də cəzalandırıcı vasitələrdən istifadə etmək lazım gəlir".
Vens vurğulayıb ki, Birləşmiş Ştatlar danışıqlar prosesində rəsmi Tehrandan həm müsbət, həm də mənfi siqnallar alır. O, tərəflərin diplomatik səylərinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib:
"Prezident bizə tapşırıb: Problemin üzərində işləyin, danışıqların hansı nəticələrə gətirib çıxaracağını izləyin. Əgər diplomatik yanaşmalar uğurlu həllini təmin etməzsə, yenə də bizim qarşımızda çoxlu variantlar mövcuddur və biz artıq ABŞ vətəndaşları üçün kifayət qədər nailiyyət əldə etmişik"./"Fox News"/