İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb

16:21 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 2 157 nəfər yoluxub, 58 nəfər ölüb.

Hafta.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 131 356 nəfərə, ölənlərin sayı isə 130 124 nəfərə çatıb. Virus daşıyıcılarından 3 278 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 916 199 nəfər koronavirusdan sağalıb, 39,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 107 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,22 milyon təşkil edir.

Oxunma sayı 32