İspaniya klubu tarixində ilk dəfə avrokubokda oynayacaq

11:34 21.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Jirona" İspaniya La Liqasının 32-ci turunda evdə "Kadis"lə üz-üzə gəlib.

Hafta.az xəbər verir ki, görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə "Jirona" növbəti mövsümdə avrokuboklara vəsiqəni təmin edib.

La Liqada 2023/2024 mövsümünün bitməsinə 6 tur qalmış "Jirona" turnir cədvəlində 68 xalla 3-cü yerdədir. Mövsümün sonunadək bu komandanın ilk "6-lıq"dan aşağı pilləyə düşməyəcəyi dəqiqləşib.  Bu da Avropa Liqasında iştirak hüququ verir. 

Qeyd edək ki, "Jirona" tarixində ilk dəfə Avropa yarışlarında iştirak edəcək. Klub 1930-cu ildə yaradılıb. 94 il ərzində komanda İspaniyanın yüksək divizionunda cəmi 4 mövsüm keçirib.

Oxunma sayı 116