Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus metallar oğurlanıb.
Hafta.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 14-də saat 10 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsində yolların mühafizə zolağında istifadə olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus məhəccərləri və yolun örtük hissəsindən sökülmüş metalları qanunsuz olaraq əldə edib idarə etdiyi “KamAZ” markalı avtomobilə yükləyən Sumqayıt şəhər sakini A.Alışov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edilib ki, araşdırma aparılır.