ADY: Piyada diqqətsizliyi ağır qəzaya səbəb olub

17:52 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 16:45 radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Bu barədə hafta.az ADY-yə istinadən xəbər verir.

 

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Oxunma sayı 39