ADY yeni qatarlarını təqdim edib - FOTO

12:56 15.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC-nin bu gün təqdim etdiyi “Stadler” şirkətinin istehsal etdiyi iki qatar daha innovativdir.

Hafta.az-ın xəbərinə görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təşkil oluna media-turda sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov gətirilən yeni qatar haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu yeni qatar digərlərindən fərqli olaraq bir mərtəbəli olsa da, daha innovativdir: “İki qatar 236, 270 oturacaqdan ibarətdir, blok 5 mexanizmdən ibarətdir. Qatar daha inmovativdir, hərəkətində hansısa məhdudiyyət olmayacaq. Qatarlar ən çox tələbat olan istiqamətlərə yönləndiriləcək”.

Qeyd olunub ki, ADY cari ilin sonunadək 7 milyonuncu sərnişinini daşıyacaq. Ötən illərdə bu rəqəm 5 milyon olub.