Afrika İttifaqında Mərakeş çatı: Qərbi Səhra 48-ci sessiyada iştirak edir

10:45 28.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səhra Ərəb Demokratik Respublikası (Qərbi Səhra) Afrika İttifaqının Daimi Nümayəndələr Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbədə işə başlayan 48-ci sessiyasında işində iştirak edib.

Hafta.az-ın Sapsd.info-ya istinadən yazdığına görə, 48-ci növbədənkənar sessiyada Afrika qitəsi ilə bağlı bir çox məsələlər, xüsusilə daimi nümayəndəliklərin alt komitələrinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, Afrika sisteminin strukturlarının təkmilləşdirilməsi prosesləri danışılıb.

Daimi Nümayəndələrin büdcə, maliyyə və inzibati məsələlərə koordinasiya və ümumi nəzarət üzrə alt komitənin birgə iclasının hesabatı da daxil olmaqla təqdim edilmiş hesabatlar üzrə nəticələrin hazırlanması üçün daimi iclaslarının qrafiki - On Beş Maliyyə Naziri Komitəsi müəyyən edilib.

Səhra Ərəb Demokratik Respublikasını Afrika İttifaqının Daimi Nümayəndələr Komitəsinin 48-ci növbəti sessiyasında onun Efiopiyadakı səfiri və Afrika İttifaqındakı daimi nümayəndəsi Ləman Abaali təmsil edib.

Qərbi Səhranın bu cür ciddi tədbirlərdə təmsil olunmasına qarşı çıxan Mərakeşin məsələyə, eləcə də ev sahibi Efiopiyaya necə reaksiya verəcəyi maraqlıdır.

Qeyd edək ki, Səhra Ərəb Demokratik Respublikası dünyanın 85 ölkəsi tərəfindən tanınıb. Onlardan 40-ı sonradan danışıq və təzyiqlər nəticəsində bu respublika ilə münasibətləri dondurub. Hazırda Səhra Ərəb Demokratik Respublikasının 18 ölkədə səfirliyi var. 

Səhra Ərəb Demokratik Respublikası Afrika İttifaqının üzvüdür və buna etiraz olaraq Mərakeş İttifaqdan çıxıb. Səhra Ərəb Demokratik Respublikası həmçinin, Mərakeşin etirazlarına baxmayaraq Qoşulmama Hərəkatında qonaq qismində təmsil olunur.