Konqoda virusundan ölənlərin sayı 232-yə çatdı

08:08 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusundan ölənlərin sayı son sutka ərzində daha 6 nəfər artaraq 232-yə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.

Məlumata görə, yoluxanların sayı da 21 nəfər artaraq 896-ya yüksəlib. Səhiyyə orqanları virusun ölkənin yeni ərazilərinə yayılması riskinin davam etdiyini bildirirlər.

Qeyd edək ki, hazırkı epidemiya mayın 15-də KDR-in şərqində başlayıb. Xəstəliyin episentri İturi əyalətidir. Qonşu Uqandada da "Ebola"ya yoluxma və ölüm halları qeydə alınıb.