Yazını böyüt
Yazını kiçilt
Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sisteminin birgə hazırlanması istiqamətində ilkin razılıq əldə edib.
Hafta.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında məlumat verib.
Nazirin sözlərinə görə, tərəflər birgə layihənin həyata keçirilməsinə dair müvafiq saziş imzalayıblar.
Qeyd edək ki, Brüsseldə Ukraynaya dəstək verən dövlətlər tərəfindən bu ölkə üçün əlavə hərbi yardımın ayrılması barədə də qərarlar qəbul edilib.
Almaniya yardım paketinə 400 milyon ABŞ dolları həcmində töhfə verəcək./“Deutschlandfunk”/