Yazını böyüt
Yazını kiçilt
İyunun 18-də Monqolustanın paytaxtı Ulan-Batorda cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Hafta.az bildirir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən ilk yarışda Azərbaycan 12 çəki dərəcəsində 17 cüdoçu ilə (12 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 58 ölkədən 454 idmançı mübarizə aparacaq.
19-21 iyun tarixlərində keçiriləcək Ulan-Bator “Böyük Dəbilqə”sində ilk yarış günü təsnifat mərhələsi saat 05:30-da, final bloku isə saat 13:00-da start götürəcək.