“Ağdaban Soyqırımından 30 il keçdi... Bunu Azərbaycan xalqına qarşı o düşmən etdi ki, müxtəlif dövrlərdə dost görünməyə çalışaraq, sülh müqaviləsi bağlayıb ardından da qətliamlar törətməkdən çəkinmədi. Nə olursa olsun, ermənilər əzəli tarixi torpaqlarımızda qurduqları saxta dövlətdə qaldıqları müddətdə ölkəmizə qarşı məkrli siyasətləri bitməyəcək. Tariximizi, düşmənimizi unutmayaq”.
Bunu hafta.az-a hərbi təhlilçi Alp Arslan İmamqulu 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində erməni silahlı birləşmələri tərəfindən əhaliyə qarşı törədilən soyqırım və işğal faktı ilə bağlı açıqlamasında bildirib.
A.A.İmamqulu faktlara istinad edərək xatırladıb ki, Ağdaban Soyqrımı 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən işğala şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş bir soyqırım hadisəsi idi.
1992-ci il aprel ayının 8-də erməni separatçıları tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmışdı. Kəndin 779 nəfər dinc sakininə müxtəlif növ işgəncələr verilmiş, 67 nəfər isə amansızlıqla qətlə yetirilmişdi. Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri almışdı.
A.A.İmamqulu hesab edir ki, torpaqlarımızda erməni separatçıların sonunu gətirməyin tək yolu yaratdıqları bataqlığı qurutmaqdır.
“Buna görə də bir zamanlar tarixi torpaqlarımızdan didərgin salınan soydaşlarımızın öz ata yurdlarına qayıdaraq yeni bir dövlət qurmaları ən doğru həll yoludur. Bu bir xeyli vaxt tələb etsə də, İravan Xalq Cümhuriyyətinin qurulması nicat yolumuzdur. Bu həm də mövcud saxta dövlətdə yaşayan insanların da terrorçu siyasi iradədən qurtuluşu olacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz!”