Aİ ruslara qarşı şəxsi sanksiyalar siyahısını genişləndirməyi planlaşdırır

11:59 22.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin siyahısını genişləndirmək planlaşdırılır. Bu barədə “Politico” rəsmilərə istinadən yazır.

Onların sözlərinə görə, sanksiya siyahısına “Putin rejimini dəstəkləyən” “məmurlar, liderlər və digər fiqurlar” daxil olacaq. Nəşr eyni zamanda qeyd edir ki, bu şəxslərin Ukraynadakı münaqişə ilə əlaqəsini sübut etmək lazımdır, əks halda onların siyahıya salınması üçün məhkəməyə müraciət edilə bilər.

“La Stampa” qəzetinin yazdığına görə, noyabrın 24-də Avropa Komissiyası Rusiya qazına qiymət tavanının tətbiqi layihəsini dərc etməyə hazırlaşır. İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi naziri Gilberto Pichetto-Fratin vurğulayıb ki, Aİ səlahiyyətliləri bu yolla bazar spekulyasiyalarına qarşı durmağa, həmçinin həm özəl şirkətlər, həm də ev təsərrüfatları üçün enerji tariflərinin artımını cilovlamağa ümid edir.