Ali Məhkəmədən İmran Xana şok: 9 apreldə etimadsızlıq səsverməsi keçiriləcək (EKSKLÜZİV)

18:10 07.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Ali Məhkəməsi, müxalifət partiyaları ilə İmran Xanın rəhbərlik etdiyi hökumət arasında yaranmış anlaşılmazlığa son qoyan qərar qəbul edib.

Hafta.az-ın yazdığına görə, Ali Məhkəmə prezident Arif Alvi tərəfindən buraxılmış Milli Məclisin fəaliyyətini bərpa edib və spikerə aprelin 9-da iclas çağırmağı, konstitusiya proseduruna uyğun olaraq Etimadsızlıq layihəsi üzrə səsvermə keçirməyi tapşırıb.

Pakistanın ölkəmizdəki keçmiş səfiri Xalid Usman Qayser bildirib ki, bu qərar, Pakistan Məhkəmə Sisteminin tam müstəqil olduğunu bir daha sübut elədi. Odur ki, hər bir kəs qərarı qəbul edərək, nəticələrlə barışmalıdır.