Almaniya Çinlə ticarət müharibəsinə qoşulmaq istəyir

18:47 27.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada çiplərin istehsalı üçün kimyəvi maddələrin tədarükünün mümkün məhdudlaşdırılmasını müzakirə etmək qərarına gəliblər. Beləliklə, Almaniya Çinlə ticarət müharibəsinə qoşula bilər, Bloomberg yazır.

Kimyəvi ixrac qadağası, Çinin qabaqcıl yarımkeçiricilər istehsal etmək üçün lazım olan mal və xidmətlərə çıxışını məhdudlaşdırmaq üçün Olaf Scholz hökumətində müzakirə edilən tədbirlər paketinin yalnız bir hissəsidir. Böyük alman tədarükçüləri Merck və BASF blokadaya qoşulmaq qərarına gəlsələr, bu, Çinin öz sənayesini inkişaf etdirmək qabiliyyətini sarsıdacaq.