Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin Florida ştatının Mayami şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanı və Uruqvay milliləri qarşılaşıblar.
Hafta.az xəbər verir ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Səudiyyə Ərəbistanı yığmasının heyətində Abdullah Əl-Əmri 41-ci dəqiqədə fərqlənib. Uruqvayın bərabərlik qolunu isə Maksimiliano Arauxo 80-ci dəqiqədə vurub.
Hər iki komanda G qrupunda mübarizə aparır.
İkinci turda Səudiyyə Ərəbistanı millisi iyunun 21-də İspaniya ilə üz-üzə gələcək. Uruqvay isə iyunun 22-nə keçən gecə Kabo-Verde ilə qarşılaşacaq.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.