Hər iki əsas siyasi partiyanın (Respublikaçı və Demokratik) üzvləri arasında Ukraynaya silah satışına dəstək azalır. Bu barədə Reuters xəbər verir.
Reuters/Ipsos-un sorğusuna görə, respondentlərin yalnız 41 faizi Vaşinqtonun “Ukraynaya silah verməli” ifadəsi ilə razıdır. Respondentlərin 35 faizi bu fikirlə razılaşmayıb. Respondentlərin qalan hissəsi cavabda qərar verə bilməyib.
Bundan əvvəl “The Washington Times” yazıb ki, ABŞ da daxil olmaqla, əsas Qərb müttəfiqləri Ukraynanı dəstəkləməkdən yorulmağa başlayıblar. Qəzetin yazdığına görə, bəzi analitiklər Qərbin Ukraynaya dəstəyinin davam edəcəyini proqnozlaşdırır, lakin onlar narahatlıq doğuran səbəblərin artdığını, xüsusən də ABŞ-ın növbəti uzunmüddətli münaqişəyə cəlb olunmaq istəyinin olmadığını etiraf edirlər.