Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Hafta.az xəbər verir ki, təbrik mesajı Türkiyə Prezidentinin “X” hesabında yayımlanıb.
“Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”,- təbrikdə qeyd olunub.