Amnistiyaya düşən qadınlardan 24-ü azadlığa buraxıldı 

13:50 03.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəfər günü ilə bağlı elan olunmuş Amnistiya aktı Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib.

 

Hafta.az-ın bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

 

O bildirib ki, həmin qadınlardan 40 nəfərinin cəzası 6 ay azaldılıb, 24 qadın isə azadlığa buraxılıb:

 

“Amnistiya aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib”. 

 

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

 

İndiyə qədər akt 1500-dən çox şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.